Bizim bu siyasətimiz Türkiyə üçün model ola bilər - Çin
25-02-2019 22:34
Baxış sayı:
4738

Qərb ölkələri şüurlu olaraq Çinin etnik siyasətini hədəf alır. Eyni ölkələr, Türkiyənin də inkişafına qarşıdır. Çinin terrorla mübarizədəki bu təcrübəsi Türkiyə üçün də bir model ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyasının rəsmisi Yu Vi bildirib.
"Çində yaşayan hər bir millət bərabərdir və onların hər birinin inkişafına hörmətlə yanaşırıq. Ancaq bütün millətlərin birgə inkişaf etməsi lazımdır. Bu üzdən bəzi etnik qrupların yerləşdiyi ərazilərdə xüsusi iqtisadi siyasətlər həyata keçiririk. Məsələn, Sincanda uyğurlara xüsusi siyasətlər tətbiq olunur. Bundan başqa, Çində bütün vətəndaşların din sərbəstliyi var. Sincan Uyğur Muxtar Bölgəsində də belədir", - Vi deyib.