Alman səfir: Azərbaycandakı inkişafın bizə xeyri...

2018-ci ildə Azərbaycanın müsbət iqtisadi inkişafı Almaniya ilə Azərbaycan arasında ticarətin artmasına gətirib çıxarıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.
“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,27 milyard avro olub. Bu göstərici 2017-ci ilə nisbətən (787,4 milyon avro) 50 faizdən çox artıb. Həmin müsbət rəqəmlər Azərbaycan üçün aydın iqtisadi artımın göstəricisidir”, - deyə fəxri konsul bildirib.
Onun sözlərinə görə, keçən il Almaniyanın Azərbaycandan idxalı 688 milyon avro təşkil edib. Almaniyadan Azərbaycana ixrac isə 581 milyon avro olub. Almaniyadan əsasən motorlu nəqliyyat vasitələri və avtomobil hissələri, maşınlar və kimyəvi məhsullar Azərbaycana göndərilir. O, bu müsbət tendensiyanı Azərbaycanın iqtisadi inkişafı üçün yaxşı bir əlamət kimi qiymətləndirir.