Ramil Usubov rəisi işdən çıxartdı

Baxış sayı:
4600

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.