“Rusiyada neft kriptovalyutası bazara çıxarıla bilər” - SABİQ NAZİR

Muxalifet.az xəbər verir ki, Rusiyanın keçmiş energetika naziri, “Energiya” şirkətinin sahibi İqor Yusufov Rusiyanın neftə əsaslanan kriptovalyuta buraxmasının faydalı olacağını bildirib.
Yusufov əvvəllər də belə bir təşəbbüslə çıxış eləmişdi və hazırda layihənin hazırlanması başa çatmaq üzrədir. Reallıqda Yusufovun təşəbbüsünün həyata keçirilməsi üçün hüquqi baza yoxdur, lakin bu yaxınlarda Dövlət Dumasının deputatı Oleq Nikolayev “Rəqəmsal maliyyə aktivləri barəsində qanun”un artıq mart ayında qəbul edilə biləcəyini söyləyib. Hazırda qanun layihəsi üzərində iş tamamlanmaq üzrədir.
Yusufovun sözlərinə görə, neft bazarındakı vəziyyət və dollar hesablamalarının qeyri-sabitliyi rəqəmsal iqtisadiyyata keçidə şərait yaradır. Kriptovalyutadan istifadə neft istehsal eən ölkələrə sanksiya məhdudiyyətlərindən yayınmaq çevikliyi verəcəkdir – bəlli olduğu kimi, son dövrdə sanksiya məhdudiyyətlərinin sayı kəskin dərəcədə artıb.
Neft kriptovalyutasından ən böyük faydanı OPEK+ ölkələri, o cümlədən Rusiya görəcəkdir. Bu ölkələr xammal ixracının həcmini artıra bilərlər.
Yusufov barəsində danışılan kriptovalyutanın ilkin mərhələdə Müstəqil Dövlətlər Birliyində istifadə edilməsinin, bununla da ABŞ-ın müdaxiləsinin minimuma endirilməsinin nəzərdə tutulduğunu bildirib.