2 ölkədən “Venesuela” qərarı: Ağır sözlər dedilər!

Baxış sayı:
4426

Cənubi Koreya Xarici İşlər Nazirliyindən edilən açıqlamada, özünü "müvəqqəti prezident" elan edən Milli Məclisin sədri Xuan Guaidonun Venesuelanın dövlət başçısı kimi tanındığı qeyd edilib.
 
 2018-ci ilin may ayında keçirilən seçkilərin “şəffa və keçərli" olmadığı vurğulanan açıqlamada, Guaido liderliyində yeni və "etibarlı" bir seçki keçirilməsinə dəvət edilib.
 
ALMANİYA: “MADURO VƏ ƏTRAFINA SANKSİYA TƏTBİQ ETMƏYİ DÜŞÜNÜRÜK”
 
 Keçirdiyi mətbuat konfransında "Venesuelalıların həyatına təsir etməyəcək bir şəkildə Maduro və ona yaxın olan adamlara bir sanksiya tətbiq etməyi müzakirə edirik", - deyən Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Adebahr, "Maduro və ona yaxın olan adamlara bir an əvvəl sanksiya tətbiq olunmasını müzakirə ediri. Məqsədimiz Venesuela xalqının həyatlarını ağırlaşdırmaq deyil. Yalnız Maduro və ətrafını hədəf götürəcək şəkildə bir sanksiyanı dəstəkləyirik" deyib.
 
Aİ-dən AÇIQLAMA
 
 Avropa Birliyinin sözçüsü (Aİ) Maja Kocijancic Venesuelaya hər hansı bir hərbi müdaxilənin qarşısının alınması lazım olduğunu söyləyib.
Müxalifət.az