BAKIDA ŞOK HADİSƏ: Avtobusun altında qalan qızı... - VİDEO

Baxış sayı:
5227

Ötən gün saat 07:11-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş yol qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun təkərləri arasına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə gənc xanımı “Karsan” markalı avtobusun təkərləri arasından çıxarıblar. 
Yaralı şəxs xilasedicilər tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib./Azvision