Hələ də Hitlerdən maaş alırlar!

İkinci Dünya Müharibəsi dövründə Belçikanı işğal edən Almaniyanın kansleri Adolf Hitler “sadiq və itaətkar” olan Belçikalılara əlavə təqaüd sözü verib. Belçika Parlamenti indi 22 Belçikalının hələ də Almaniyadan "sadiqlik və itaət” təqaüd maaşı aldığı ortaya çıxıb. Belçika hökumətinin alman səlahiyyətlilərindən təqaüdçülərin siyahısını açıqlamasını tələb edəcəyi açıqlanıb.
İkinci Dünya müharibəsindən sonra təxminən 80 min nəfər Belçika məhkəmələri tərəfindən düşmənlə əməkdaşlığa görə məhkum edilib. Bununla birlikdə, Adolf Hitlerin imzaladığı sərəncamla həbsxanada olan bəzi məhbuslar Almaniyada həbsxanada olsalar belə yenə də təqaüd almağa davam ediblər. Müharibə dövründə Almaniyada işləmək məcburiyyətində qalan Belçikalılara da təzminat ödəmişdi.
"MAAŞ KƏSİLMƏLİDİR"
Belçika Hitlerdən təqaüd alan 22 belçikalının şəxsiyyətini müəyyənləşdirmək üçün diplomatik proses başladacaq. DéFi Partiyasının sədri Olivier Maingain “Belçika hökuməti bütün işbirlikçilərin siyahısını tələb etməlidir. Təqaüdün verilməsi də başa çatmalıdır” deyə bildirib.
Qeyd edək ki, müharibədən sonra Almaniyanın Belçikaya işbirlikçilərə verilən təqaüdçülərin siyahısını verməkdən imtina etdiyi bildirilir.
Müxalifət.az