“Beşiktaş” azarkeşlərinə zərbə: Çe Qevaraya görə - Foto

Baxış sayı:
1471

İstanbulun “Beşiktaş” klubunun azarkeşlərinin “Fənərbaxça” ilə matçda açmaq istədikləri pankart qadağan edilib.
Muxalifet.az xəbər verir ki, klub rəhbərliyi pankartın stadiona buraxılmaması haqda qərar çıxarıb.
Məlumata görə, qadağaya səbəb pankartın üzərində əfsanəvi inqilabçı Çe Qevaranın “Zəfərə qədər” ifadəsinin yer almasıdır.
Sözügedən qadağadan sonra “Beşiktaş” azarkeşləri Tvitterdə “#pankartımatoxunma” həştəqi yaradıblar. Hazırda sözügedən həştəq ilk sıralardadır.