Tramp nikbindir: Kim Çenlə görüş...

Baxış sayı:
1876

Qarşıda Şimali Koreya ilə baş tutacaq sammitdə proqress və Pxenyanın denuklarizasiyası gözlənilə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
“Şimali Koreya lideri Kim Çen İnlə görüş məqsədilə sabah səhər saatlarında Vyetnama, Hanoya yola düşürəm. Hər ikimiz Sinqapurda əldə edilən razılaşma ilə bağlı irəliləyiş əldə ediləcəyini gözləyirik. Denuklarizasiya?”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tramp-Kim Çen İn görüşü fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoyda baş tutacaq.