Tramp bunu gözləmirdi! Avropa ABŞ-a misli ilə cavab verəcək

Baxış sayı:
3817

Avropa Birliyi (AB) ABŞ prezidenti Donald Trampun AB-dən avtomobil idxalına vergilər qoyduğu təqdirdə buna misli ilə cavab verməyə hazırlaşır.
 
“Bloomberg”-in verdiyi məlumata görə, Avropa Birliyi Trampın mümkün addımlarına qarşı misilləmə olaraq aralarında Caterpillar Inc, Xerox Corporation və Samsonite International S.A. kimi şirkətlər də olmaqla, bir ABŞ şirkətinin istehsal etdiyi məhsulların idxalına vergilər tətbiq etməyi planlaşdırır.
AB-dəki yüksək vəzifəli bir nümayəndənin sözlərinə görə, ABŞ-da istehsal edilən yük avtomobillərinin, maşınların, avadanlıqların və digər malların idxalına gömrük vergisini tətbiq edəcəklər.
AB-nin ticarət komissarı Cecilia Malmstrom ABŞ-ın mümkün idxal rüsumuna cavab verəcəklərini söyləyib. “Bununla bağlı yaxın vaxtlarda Brüssel ABŞ ilə danışıqlar aparmaq barədə qərar qəbul edəcək” deyə Malmstrom əlavə edib.
Müxalifət.az