Lukaşenkodan ABŞ-ı qəzəbləndirəcək açıqlama:: “Venesuela üçün müdafiə planı hazırladıq”

Belarus prezidenti Aleksandr Lukaşenko Venesuelanın keçmiş prezidenti Hugo Chavez dövründə Venesuela üçün bir müdafiə planı hazırladığını və iqtisadiyyatın yaxşılaşdırılmasına kömək etdiyini ifadə edib.
Belarusun xəbər agentliyi “BelTA”-nın verdiyi xəbərə görə, Lukashenko, "Hugo Chavez mənim dostum idi və mən ona bəzi səhvlərindən bəhs edirdim. O tez-tez mənə hərbi sahələrdən danışırdı. Biz onlar üçün bir sistem formalaşdırdıq və aldıqları silahları sistemə quraşdırdıq. Əlində olmayan silahları da alması lazım idi. Onlara hər şeyi maddə maddə yazdıq” deyib.
Lukashenko bildirib ki, Çaves Venesuela rəhbərliyinin ordunun yenidən qurulması ilə bağlı Belarusdan kömək istəyib: “Bununla bağlı Venesuela rəhbərliyi müxtəlif hərbi texnika alıb, lakin onları istifadə edəcək hərbi mütəxəssislərinin olmadığı üçün Karakasa müdafiə sistemini formalaşdıracaq bir qrup elm adamı və hərbi mütəxəssislər göndərdik”.
Müxalifət.az