ABŞ Venesuela sərhədinə qoşun yığdı: Rusiyadan təxribat xəbərdarlığı

Baxış sayı:
12568

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın sabah Venesuela müxalifəti ilə reallaşdıracağı humanitar yardım təxribatı üçün sərhədə Xüsusi Təyinatlı Qüvvələr və silah göndərdiyini deyib.
 
Zaxarova, "Venesueladakı proseslərdə kritik bir nöqtəyə gəlindi, bunu hamı anlayır. 23 fevralda böyük və təhlükəli bir təxribat planlaşdırılır. Sözdə humanitar yardım konvoyunun Vaşinqtonun rəhbərliyində Venesuela sərhədini keçməsi üzərində qurulmuş bu təxribat, əks qruplar arasında qarşıdurmalara hesablanıb. Bu, ölkənin qanuni liderini kürsüdən endirməyə yönəlmiş güc istifadəsi üçün əlverişli bir bəhanə də yaradır" deyib.
Zaxarova təxribatın ABŞ tərəfindən hazırlandığını və bütün prosesin müharibə elmi qaydalarına əsasən aparıldığını vurğulayıb.
Zaxarova, “Əgər təxribatın təşkilatçılarının planları reallaşarsa, bu, təcavüzkar ABŞ xarici siyasətinin yeni bir səviyyəyə çıxdığı, hərbi sərgüzəşt yoluna düşdüyü anlamına gələcək. Ancaq bu aşağı istiqamətdə bir yoldur. Dünyada gərginlik və cəbhələşmə çox kəskin şəkildə artacaq" deyə bildirib.
 
Martın əvvəlində müxaliflərə silah paylanması planlaşdırılır
 
 Bu arada Zaxarova Amerikalı şirkətlərin və NATO müttəfiqi ölkələrdəki bəzi şirkətlərin martın əvvəlində bir Şərqi Avropa ölkəsindən böyük partiya silah və sursat alaraq Venesuela müxalifətinə göndərməyi planlaşdırdığına dair məlumat əldə etdiklərini açıqlayıb.
“Silah nəqlinin martın əvvəlində Venesuelaya qonşu bir ölkə üzərindən bir neçə partiya şəklində həyata keçirilməsi planlaşdırılır. Bu əməliyyatda Ukrayna izi də görünür" deyən Zaxarova, xüsusilə Ukrayna dövlət şirkəti Antonovla əməkdaşlıq ediləcəyini anladıqlarını bildirib.
Müxalifət.az