"ABŞ terrorçubaşı Karayılana zəhərli silah verib" – Türk nazir
22-02-2019 18:32
Baxış sayı:
12652

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın PKK terrorçubaşı Murat Karayılana çətin vəziyyətə düşdüyü təqdirdə qaça bilməsi üçün zəhərli silah verdiyini bildirib.
Soylu terrorla mübarizə ilə bağlı bunları söyləyib: “Bu gün bəlkə də ən önəmli qırılma dövrləri ərəfəsindəyik. Terrora bir nöqtəyə qədər zərbə vurduq. Gəlin bu zəhmətimizi hədər etməyək. Şərqi və cənub-şərqi yandırdılar, dağıtdılar. Biz Türkiyənin reallığını görürük. Amerika Murat Karayılana zəhərli silah verib. Yanına təhlükəli biri gedərsə, zəhərli silahı atıb, öldürsün, qaçsın deyə. Baxın, böyük bir təhlükə ilə üz-üzəyik. Gələcəyimiz söz mövzusudur, bizim boynumuzu terror yuvası Qəndilin önündə ram etməyin".
Müxalifət.az