Venesueladan ABŞ-ı narahat edən səfər

Baxış sayı:
7279

 Venesuela xarici işlər nazirinin müavini Ivan Hil və bərabərindəki heyətin 19-20 fevralda Serbiyaya səfər etməsi ABŞ-ın Belqraddakı səfiri Kyle Skotu narahat edib.
 
ABŞ səfiri Skot Venesuela nümayəndə heyətinin 19-20 fevralda paytaxt Belqrada həyata keçirdiyi səfəri nəzərdə tutaraq sosial media hesabı üzərindən etdiyi açıqlamada, Serbiyanın" tarixin səhv tərəfində" olduğunu qeyd edib.
Skot açıqlamasında, "Venesuela xalqı qeyri-qanuni diktatura rejimi altında aclıq çəkir. Latın Amerikası, Şimali Amerika və Qərbi Avropadan 50-dən çox ölkə Venesuela xalqı və müvəqqəti dövlət başçısı Xuan Guaidonun yanında dayandığını açıqlayıb. Serbiya isə tarixin səhv tərəfindədir" deyə bildirib.
 Serbiyanın xarici işlər naziri İviça Dacic isə ölkəsinin beynəlxalq hüquqa hörmət göstərdiyini bildirərək suveren ölkələrin daxili işlərinə qarışmadığını vurğulayıb. Dacic ABŞ-ın Kosovonun müstəqilliyini tanımasını da tənqid edib.
Müxalifət.az