Venesuelaya hərbi müdaxilənin işarəti: Franca uçuşları ləğv etdi
21-02-2019 17:18
Baxış sayı:
7009

Fransız aviaşirkəti” Air France” təhlükəsizlik səbəbləri ilə 23-25 fevral tarixləri arasında Venesuelaya olan uçuşları ləğv etdiyini açıqlayıb. Bu qərar Milli Məclisin sədri Xuan Guaidonun özünü "müvəqqəti prezident" elan etməsindən sonra bir ölkənin aldığı ikinci sanksiya qərarı olaraq qeydlərə keçdi. İlk sanksiya ABŞ tərəfindən Venesuela dövlətinə aid neft şirkəti PDVSA-ya tətbiq olunmuşdu.
Qeyd edək ki, 23 fevralda ABŞ-ın Venesuelaya “humanitar yardım” adı altında hərbi müdaxiləsi gözlənilir.
Müxalifət.az