​Milli Məclisin iclası başladı -Gənclər və idman komitəsində dəyişiklik

Baxış sayı:
15859

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Sədr dedi ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. İlk olaraq Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsi təsdiqləndi.
Dəyişikliyə əsasən, Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarıldı. 3 deputat - Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanov isə komitəyə üzv seçildi.
“Kitabxana işi haqqında” qanun layihəsi haqqında isə - III oxunuşda – Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdi və səsvermə ilə dəyişiklik təsdiqləndi./musavat
İclas davam edir.