“Qalmağa yerim olmayanda İradə mənə sığınacaq verib” - Erməni jurnalist - FOTO

Baxış sayı:
14569

Erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyan "Telegram" səhifəsində azərbaycan əsilli həmkarı İradə Zeynalova ilə münasibətindən yazıb.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, azərbaycanlı teleaparıcı ilə bağlı xatirəsini bölüşüb:

"İradə mənim rəfiqəmdir. Mən Moskvaya gələndə qalmağa yerim yox idi, İradə mənə evində sığınacaq verib. Xəbər otağında bizi "Ermənistan-Azərbaycan münaqişəsi" adlandırırlar".

Simonyan, həmçinin qeyd edib ki, İradə Zeynalovanın bir ənənəsi var - "hərbi müxbirlərə ərə getmək". Bunu yazan Marqarita Zeynalovanın yeni həyat yoldaşı - Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstiqneyevin "Telegram" ünvanını paylaşıb.