Prezidentdən nazir müavini ilə bağlı sərəncam
14-02-2019 17:06
Baxış sayı:
4540
Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.