Putin 15 generalı vəzifədən çıxardı

Baxış sayı:
2164

Rusiya prezidenti Vladimir Putin, müxtəlif nazirlik və qurumlarda çalışan 15 generalı vəzifədən çıxarıb..
 
Putinin imzaladığı və Dövlət Hüquqi İnformasiya Sisteminin internet səhifəsində dərc olunan fərmanla ölkənin müxtəlif bölgələrində Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Həbsxana Xidməti və İstintaq Komitəsində idarəçilik edən general rütbəsində 15 nəfərin vəzifəsinə son verilib.
Ayrıca fərman ilə fövqəladə hallar nazirinin müavini Vladlen Aksenov da vəzifəsindən alınıb.
Generalların vəzifədən azad olunma səbəbi ilə bağlı açıqlama verilməyib.
Müxalifət.az