PKK rəhbərliyi də bitirilir - HƏDƏFDƏ ONLARDIR...
25-08-2018 13:59
Baxış sayı:
4594

Türkiyə Silahlı Qüvvələrinin sərhəddən xaricdə apardığı uğurlu əməliyyatlar PKK terror təşkilatının Türkiyə ərazisinə terrorçu, silah-sursat və partyacı maddə keçirməsinin qarşısını alıb. Hurriyyet.org xəbər verir ki, Türkiyənin Hasan Kalyoncu universitetinin əməkdaşı Murat Aslan “Anadolu Agentliyi”nə açıqlamasında deyib: “Ərazidə yarpaq tökümünün başlandığı son baharda hədəflər daha güclü təsir alına alındığı bir zamanda PKK-nın növbəti yarpaq tökümünə məruz qalması labüd görünür”.
Türkiyə mətbuatı bu ilin ilk səkkiz ayında ötən il ilə müqayisədə ölkənin cənub-şərqindəki terror hadisələrində azalma olduğunu, böyük itkilər səbəbindən terror təşkilatı üzvlərinin bir-birini günahlandırdıqlarını, aralarında nifaq baş verdiyini yazır.