​ABŞ-la Avropa arasında iqtisadi müharibə başladı - "Ağ Ev ilk addımı atmasa..."

Baxış sayı:
3082

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib.
 
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
 
“G20-də hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradan bir reallıq olduğunu bilir. Mən ABŞ-dan sağlam şəkildə düşünməyə qayıtmasını, qaydalara və öz müttəfiqlərinə hörmətlə yanaşmasını xahiş edirəm”, - deyə nazir qeyd edib.
 
Nazir əlavə edib ki, Ağ Ev ilk addımı atmasa, Avropa Komissiyasının ticarət dialoqu üzrə rəsmi təklifi ilə bağlı danışıqlar mümkün olmayacaq. Avropanın da cavab tədbirlərini tətbiq etməkdən başqa heç bir şansı qalmayacaq.