ABŞ F-35-lərinin qatili Rusiyada ortalığa çıxdı

ABŞ-ın hərbi jurnalı “The National Interest” (NI), Rusiyada inkişaf etdirilən radiofoton radarlarının "kabus" təyyarələrin "qatili" ola biləcəyini bildirib.
Xəbərdə, yeni radarın havadakı hədəfin üç ölçülü obrazını yaratmaq qabiliyyətinə malik olacağı və hərəkət edən bir raket və ya təyyarə böyük bir dəqiqliklə təqib edə biləcəyi qeyd edilib. ABŞ və Çinin də buna oxşar fəaliyyətləri davam etdirdiyini ifadə edən jurnal, "Moskva və Pekinin də belə texnologiya üzərində çalışması Pentaqonun uzunmüddətli potensial düşmənlər üzərində texnoloji liderliyini qoruya bilməyəcəyini göstərir " - deyib.
Radiofoton radarların siqnalı, lazer işığı enerjisinin fotonlu kristalda dəyişikliyi sayəsində əldə edilir. Rusiyada bu cür sistemləri “RTI” və “Radyoelektron Tehnologi” şirkətləri istehsal edir. Hal-hazırda "kabus" (stealth) texnologiyasını ABŞ-ın 5-ci nəsil döyüş təyyarələri F-22 Raptor və F-35 Lightning II istifadə edir.
Müxalifət.az