İngiltərə və ABŞ-ın hədəfindəki Türk nazir: DƏRHAL HÜCUMA KEÇDİLƏR

Baxış sayı:
3694

Türkiyənin prezident Ərdoğanın hökuməti açıqlaması ilə birlikdə ABŞ və İngilis mediası hücuma keçib. Hücum zamanı bir detal da diqqət çəkib.
 
Haber7.com-un müəllifi Taha Dağlı bugünkü köşəsində çox mühüm məlumatlar bölüşüb. Dağlı, yeni hökumət sisteminin açıqlanması ilə bərabər, İngiltərə və ABŞ-ın nazir Berat Albayraka hücuma keçdiyini qələmə alıb.
 
 Yeni sistemə başalayan kimi, dərhal düyməyə basdılar.
Burada diqqət çəkən detallardan biri də İngilislərin xüsusilə Türkiyə üzərində qurulan təxribat oyunlarında həmişə ön planda olan təsir casusu Timoti Aşdır.
Amerikan və İngilis mediasının hədəfində Türkiyə var.
Prezident Ərdoğanın qurduğu güclü sistemə qarşı 2-3 ildir davam edən narahatlıqları, nazirlərin adlarının elan edilməsi ilə apardıqları verilişlərə anında əks olunub.
 
ABŞ VƏ İNGİLTƏRƏNİN HƏDƏFİNDƏ NAZİR ALBAYRAK VAR
 
ABŞ və İngilis qəzetləri xüsusilə nazir Berat Albayrakı hədəf taxtasına çıxarıblar.
Ortaq rahatsızlıqları da iqtisadiyyatının başına Albayrakın keçirilməsidir.
 
“FİNANCİAL TİMES” XƏBƏR DEYİL, BİRBAŞA TƏTİKÇİLİK EDİB
 
İngilis “Financial Times” qəzeti xəbər zad verməyib. Birbaşa yönəldici şərh verib.
"İnvestorlar Albayrakın Xəzinə və Maliyyə naziri olmasını yaxşı qarşılamayacaqlar" deyib.
 
“WALL STREET”-dən “YOX ARTIQ” DEDİRDƏN FƏRZİYYƏ
 
Amerikanın “Wall Street” jurnalı isə bazarların Mehmet Şimşəyi istədiyini, Berat Albayrakın igəlişinin xarici sərmayəni Türkiyədən qaçıracağını iddia edərək duyduqları narahatlığı çox dəqiq dillə ifadə edib.
 
“NEW YORK TİMES”-dan DOLLARI HƏRƏKƏTƏ GƏTİRƏN QAVRAYIŞ
 
Amerikanın “New York Times” qəzeti də nazir Albayraka təpkilidir.
Albayrakın Xəzinə və Maliyyə nazirliyinə gətirilməsi üçün "maliyyə dairələri narahat olacaq" - deyə şərh edib.
 
TERRORÇU DOSTU OLAN QƏZET
 
Amerikanın “New York Times” qəzeti, yeni hökumətin tərkibinin açıqlamasından sonra dolları hərəkətə gətirən qavrayış əməliyyatına başlayıb. Bazarlarda təsir imkanı olan bu qəzetin 24 iyun seçki prosesində PKK terrorçusu Demirtaşa məqalə yazdığını da unutmaq lazım deyil.
ABŞ-dakı FETÖ şəbəkəsi ilə arası çox yaxşı olan “New York Times” 15 iyul çevrilişə cəhd hadisəsindən sonra FETÖ başçısı Fətullah Gülənə də məqalə yazmışdı.
Qəzetin köşə yazılarında yer ayırdığı terrorçular arasında Qarayılan, Saleh Müslim və Hakan Şükür də var.
 
22 LİDERİN İŞTİRAK ETDİYİ MƏRASİMƏ DÖZMƏDİLƏR
 
Prezident Ərdoğanın andiçmə mərasimində 22 ölkə lideri iştirak edib. İngilis “Guardian” ilə “Times” qəzetləri isə "andiçmə mərasimində heç Qərbli iştirakçı yox idi" deyə, yazmaqla mərasimi etibarsızlaşdırmağa cəhd edib.
 
TƏSİR CASUSU: "BİZƏ SİQNAL GÖNDƏRMƏLİSƏN"
 
 Bütün bu media hücumlarının bir də diqqət çəkən başqa bir tərəfi var idi.
 İngilislərin son dövrdə Türkiyəyə yönəlik iqtisadi hücumlarda istifadə etdikləri, bazar dairələrində "təsir casusu" kimi tanınan Bluebay Asset Management strateqi Timoti Aş nazir Albayraka qarşı əlamətdar bir paylaşma edib.
Aş, Mehmet Şimşəyi "investor dostu" kimi təsvir edən bir tweetə, "Albayrak maliyyə bazarlarını toparlamaq üçün tez hərəkət etməli və özünü dinlədəcək bir siqnal göndərməlidir" - deyə cavab verib. Sonra da iqtisadiyyatın çətin vaxtdan keçdiyini və tələsik davranılması lazım olduğunu vurğulayıb.
Timoti Aş-ın daha əvvəl sələm lobbisi adına etdiyi “əməliyyatlarını” nəzərə aldıqda, bu təsir casusunun "bizə bir siqnal göndərməlisən" deyərək, necə bir mesaj verdiyi aydın görünür.
Müxalifət.az