Dünyanın izlədiyi əməliyyat xoşbəxt sonla bitdi

Baxış sayı:
5725

Tailanddakı bir mağarada sıxışıb qalan 12-si tələbə, biri məşqçi olmaqla, 13 nəfərlik qrupun hamısının azad edildiyi açıqlanıb.
 
Tailandda bir mağarada sıxışıb qalan 12 uşaq və məşqçilərini xilas etmə əməliyyatının üçüncü günündə xoş xəbər gəlib. Qeyd edildiyi kimi, ilk iki gündə 8 uşaq xilas edilmişdi. Mağarada yerdə qalan 4 uşaq və məşqçi də bu gün azad edilib. Mağarada son olaraq qalan məşqçi də bayıra çıxarılaraq əməliyyat sona çatdırılıb.
 
NƏLƏR BAŞ VERMİŞDİ
 
Yaşları 11-16 arasında dəyişən 12 futbolçu uşaq ilə məşqçiləri, 23 iyunda Tham Luang Nang Sayın mağarasına etdikləri səfər zamanı şiddətli yağış səbəbi ilə mağaraya sığınmışlar. Ancaq mağaranın girişini su basması nəticəsində 13 nəfər  içəridə sıxışıb, qalmışdılar. Qrup, 9 gün davam edən axtarış işlərindən sonra dalğıclar tərəfindən tapılıb.
Müxalifət.az