İraq-Suriya sərhədində çirkli oyun! O BÖLGƏNİ PKK-ya BURAXDILAR

Baxış sayı:
5740

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Duhok şəhərində yaşayan Sincar  üzrə səlahiyyətlisi Mehmab Xəlil, Anadolu Agentliyinə verdiyi açıqlamada, İraq ordu qüvvələrinin rayonun cənubu ilə birlikdə İraq-Suriya sərhədindən çəkildiyini, yerinə İranın dəstəklədiyi Haşdi Şabi və PKK-lı ünsürlərin yerləşdiyini bildirib.
 
İraq ordu qüvvələrinin bölgədən çəkilməsinin yeni böhranlara üçün şərait yaradacağını deyən Xəlil, “Haşdi Şabi və PKK regionu qeyri-sabitliyə sürükləyəcəkdir” xəbərdarlığını edib.
Xəlil, terror təşkilatı PKK-nın, xarici qüvvələrin sifarişlərini yerinə yetirmək üçün israrla bölgədə qalmaq istədiyini bildirərək, "PKK Sincardan çəkilmə niyyətində deyil. PKK, İraq-Suriya sərhədindəki rayonları döyüşçüləri üçün bir marşrut və qeyri-qanuni ticarət üçün istifadə edir" deyib.
 
İraq ordu qüvvələrinin İranın tələbi ilə Sincardan çəkildiyi iddiası
 
Mosul vilayətindəki Ərəb Tayfalarının sözçüsü Mezahim Əhməd el-Huveyt isə ordu qüvvələrinin İranın tələbi ilə Sincardan çəkilib, yerini PKK və Haşdi Şabiyə təhvil verdiyini iddia edib. Huveyt, ordu qüvvələrinin bölgədən çəkilmə prosesinin bir neçə gün əvvəl başladığını bildirib.


 
Sincarda güc tarazlığı
 
İraq-Suriya sərhədinə çox yaxın bir məsafədə yerləşən və Yezidilerin əksəriyyət təşkil etdiyi Sincarda, mühüm strateji mövqeyinə görə, Amerikalı hərbi məsləhətçilər ilə İraq ordusu yer alırdı. ABŞ-lı əsgərlərin, qısa bir müddət əvvəl İraq-Suriya sərhədinə çatıb, bütün sərhəd zolağını nəzarət altına almağı qarşılarına məqsəd qoyduqları bildirilmişdi.
Sözügedən qüvvələrlə yanaşı, Sincarda Haşdi Şabi, PKK-ya bağlı yerli Yezidi döyüşçüləri və IKBY-nin Peşmərgə Nazirliyindən daha sonra ayrılan Yezidi silahlı qruplar varlıq göstərir.
 Müxalifət.az