İncə kritik açıqlamaya hazırlaşır: Kılıçdaroğluna hücum

Baxış sayı:
5110

CHP-nin seçkilərdə məğlub olan və qarşıdakı seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini açıqlayan namizədi Məhərrəm İncə çərşənbə günü mətbuat konfransı təşkil edəcək və partiya daxilindəki müxaliflərə hərəkətə keçmələri barədə göstəriş verəcək.

Muxalifət.az xəbər verir ki, İncə mətbuat konfransında seçki prosesində yaşananları dilə gətirəcək.

İncə niyə televiziyaya çıxaraq açıqlama vermədiyini, seçki kampaniyasını necə apardığını, CHP mərkəzi aparatının ona lazımi dəstək vermədiyini və buna görə də tək qalması barədə danışacaq.

Qeyd edək ki, İncənin mətbuat konfransında sonra CHP-çilərə müraciət edərək növbədənkənar qurultay keçirilməsi üçün imzatoplama kampaniyasına başlayacağı bildirilir.