“Fahişə şəbəkəsi”nə qarşı əməliyyatdan sonra ortaya çıxdı

Baxış sayı:
5359

Türkiyədə Adana vilayətinin Barama rayonunda təşkil olunan fahişəlik şəbəkəsinə yönəlik əməliyyatda həbs olunan Gürcüstan əsilli M.S-də (49) QİÇS-in xəstəliyinə yol açan virus aşkar edilib.
 
Barama Rayon Polis İdarəsinin əməkdaşları, 4 mayda Gürcüstan əsilli 3 qadını evlənmək vədi inandırdıqdan sonra itlərlə təhdid edərək zorla fahişəliyə məcbur etdikləri irəli sürülən cinayət şəbəkəsinə qarşı keçirilən əməliyyatda 2-si qadın olmaqla, 18 şübhəli saxlanılıb. Zorla saxlanıldıqları iddia edilən Gürcüstan əsilli qadınlar F.T. (23), A.T. (26) və G.Ö. (35) xilas edilərək Rayon Miqrasiya İdarəsinə təhvil verilib. Qadınlar əməliyyatlardan sonra deportasiya edilərkən, 2-si qadın olmaqla, 18 şübhəli də həbs olunub.
Sağlamlıq nəzarətindən keçirilən və qan nümunələri götürülən məhbus dəstə üzvlərindən Gürcüstan əsilli M.S.nin isə QİÇS virusu daşıdığı ortaya çıxıb.
Müxalifət.az