Rusiya Ermənistana MiQ-29-lar göndərdi

Baxış sayı:
4825

Rusiya Ermənistandakı Erebuni aviabazasına MiQ-29 təyyarələri yerləşdirib.

Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Aviabazaya göndərilən təyyarələrin modernləşdirildiyi bildirilib.

Bazaya nə qədər təyyarənin göndərildiyi açıqlanmayıb.