Şirakdan şok: Yeni referendum keçirilə bilər

Baxış sayı:
4615

Britaniyadakı siyasi böhran Breksitlə bağlı ikinci referenduma səbəb ola bilər.

Muxalifət.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Avropa Birliyi rəhbərinin keçmiş müşaviri Paolo fon Şirak deyib.

“Əgər yaranan siyasi böhran xaosa çevrilsə, yeni seçkilər keçirilə bilər. Böyük ehtimalla seçkinin qalibi Leyborist Partiyasının rəhbəri Ceremi Korbin olacaq. Yeni referendum da mümkün ola bilər və britaniyalılar bunun sayəsində 2016-cı ildə verdikləri qərarı dəyişə bilərlər”, - o bildirib.