“Türkiyə NATO-dan uzaqlaşırmı” – BAŞ KATİB AÇIQLADI

Baxış sayı:
4666

Türkiyənin NATO-dan və Qərb alyansından uzaqlaşdığına dair iddialar var. Bunlar nə dərəcə doğrudur? Türkiyənin NATO üçün əhəmiyyəti nədir? –deyə, NATO baş katibi Stoltenbergə sual verilib.
 
NATO baş katibinin cavabı:
“Türkiyə bir çox səbəblərə görə uzun illərdir NATO-nun son dərəcə dəyərli bir müttəfiqidir. Yalnız Rusiya və Qara dənizə sərhədi olan strateji coğrafi mövqeyindən dolayı deyil, eyni zamanda cənubda Suriya və İraqla olan sərhədinə görə və birgə təhlükəsizliyimizə verdiyi çoxsaylı töhfədən dolayı da bu belədir. Türkiyənin təhlükəsizlik baxımından çətin bir dövrdən keçdiyini görürük və NATO, Türkiyəylə həmrəylik içindədir. NATO razılaşmasının 5-ci maddəsi olan təhlükəsizlik zəmanəti, ittifaqımızın nüvəsində yer alır ki, bu da hamımız birimiz, birimiz hamımız üçün deməkdir. Biz Türkiyəni təhlükəsizlik tədbirləri ilə dəstəkləyirik, buna AWACS müşahidə təyyarəsi, döyüş gəmisi patrulları və təlimlər da daxildir. Türkiyənin sərhədlərini Suriyadan gələn təhdidlərdən qorumaq üçün 2013-də yerləşdirdiyimiz hava və raket müdafiə sistemlərinin olması, bu il Türkiyənin istəyi ilə bir il daha uzadılıb. NATO, illər boyu Türkiyədə hərbi infrastrukturu inkişaf etdirmək məqsədilə milyardlar yatırıb. Bu səbəbdən NATO Türkiyə üçün, Türkiyə də NATO üçün əhəmiyyətlidir”.
Müxalifət.az