​Ərdoğan: Allah bizi onların qarşısında pərt etməsin

Baxış sayı:
6847

Millətimiz bizi heç vaxt tək və yarıyolda qoymadı. 24 iyunda bir daha özünə xidmət etmək üçün bizi seçdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində keçirilən andiçmə mərasimində bildirib.
"Bu dəfə Prezidentlik kürsüsünə bütün səlahiyyətləri özümüzdə cəmləşdirib gəlmişik. Allah bizi millətimizə pərt etməsin. Sadəcə, bizə səs verənlərin deyil, 81 milyonun prezidenti olmağa çalışacağıq", - Ərdoğan söyləyib.