Suriya İsrailin qırıcı təyyarəsini vurdu
9-07-2018 11:46
Baxış sayı:
5710

Suriyada Bəşər Əsəd rejimi, İsrail döyüş təyyarələrinin Suriyanın Xüms rayonundakı hərbi bazaya raket hücumu təşkil etdiyini irəli sürüb.
Əsəd rejiminin informasiya agentliyi SANA-nın verdiyi xəbərdə, İsrailə aid döyüş təyyarələrinin, Xüms rayonunda yerləşən, İranın dəstəklədiyi xarici qrupların da qaldığı T4 hava bazasına raket hücumu təşkil etdiyi qeyd edilib.
Agentliyin hərbi mənbələrə əsaslandırdığı xəbərində, "Müdafiə sistemlərimiz, İsrailin T4 hava bazasına hücumuna qarşılıq verərək bir neçə raketi havada zərərsizləşdirib. Sistemlərimiz, təcavüzü həyata keçirən təyyarələrdən birini vurub, digərlərini də geri çəkilməyə məcbur edib" deyə, bildirilib.
İsrail orqanları bu məlumatla bağlı hələ bir açıqlama verməyib.
Müxalifət.az