Türk ordusundan Suriyadakı YPG-yə ağır zərbə

Baxış sayı:
5236

Terror təşkilatı PKK/YPG-nin 22 terrorçusu Suriyanın şimalında Racu və Mabeta bölgəsində yerləşən Türkiyənin Xüsusi Təyinatlılarına intihar hücumu hazırlığındaykən, Türk F-16-ları bu xain təşəbbüsə imkan verməyib.
 
TSQ-nin terrorçulardan təmizlədiyi Afrin bölgəsində yerləşən Türk xüsusi xidmət orqanları, qısa bir müddət əvvəl PKK/YPG-nin bölgədə olan Türk Xüsusi Qüvvələrinə qarşı intihar hücumu hazırlığı içində olduğu məlumatı əldə edib.
Şərq və Cənub-şərqdəki bir çox təcavüz aktına qoşulduqdan sonra Qəndilə, oradan da “Zeytun Budağı” Hərəkatı başlamazdan əvvəl Afrinə gələn, ancaq əməliyyat zamanı Racu bölgəsində sağ olaraq yaxalanan bir terrorçunun ifadələrindəki məlumatları dəyərləndirən Türk kəşfiyyatı hücum hazırlığındakı terrorçulardan bir qisminin Racuda bir meşə sahəsində yerləşən sığınacaqda gizləndiyini müəyyənləşdirib. Bundan sonra dünən səhər tezdən hərəkətə keçən xüsusi qüvvələr, sığınacağa təşkil etdikləri əməliyyatda, 8 terrorist ölü, biri qadın olmaqla, 3 terrorçunu də sağ olaraq ələ keçirib. Sağ yaxalanan 2 terrorçunun verdikləri məlumatlar və üstlərindən çıxan sənədlərdən əldə edilən məlumatlarla, təcavüz hazırlığında olan digər terrorçuların də Mabeta bölgəsində olduğunu müəyyən edib.
Dünən günorta saatlarında keçirilmiş hava əməliyyatında da 11 terrorçu daha zərərsizləşdirilib.
Müxalifət.az