ABŞ Türkiyədən narahatdır: NATO-dan qoparıla bilər

ABŞ-ın NATO-dakı nümayəndəsi Kay Bailey etdiyi açıqlamada, Rusiyanın Türkiyəni NATO-dan qoparmağa çalışdığını iddia edib.
Amerika Birləşmiş Ştatlarının NATO-dakı nümayəndəsi Kay Bailey ABŞ mətbuatına verdiyi bir açıqlamada, Rusiyanın Türkiyə başda olmaqla, bir çox ölkəni NATO-dan qoparmağa çalışdığını söyləyib.
TÜRKİYƏNİ BİZDƏN QOPARMAĞA ÇALIŞIR
Kay Bailey çıxışında, "Rusiya bir çox müttəfiqimizi bizdən qoparmağa çalışır. Rusiya, tarixin ən güclü müttəfiqliyi dağıtmaq istəyir" deyib. Rusiyanın səylərinin NATO və Türkiyə arasındakı güclü əlaqəyə təsir göstərməyəcəyini vurğulayan Kay Bailey, "Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. Bizimlə birlikdə Əfqanıstanda çalışan önəmli millətlərdən biridir. Uzun illərdir ki, NATO üzvüdür. Onlarla işləməyə davam edəcəyik" deyə, söyləyib.
S-400-ü ALMALARINI QƏTİYYƏN İSTƏMİRİK
Türkiyənin Rusiyadan S-400 müdafiə sistemlərini almasını qətiyyən istəmədiklərini deyən ABŞ nümayəndəsi, Türkiyə ilə bu məsələdə görüşdüklərini bildirərək, "Türkiyə NATO-nun bu qədər güclü bir ölkəsi ikən, ölkələrinə Rusiyaya məxsus bir sistemi salmamaları üçün hər şəkildə müzakirələr edirik” deyə, narahatlığını bildirib.
Müxalifət.az