PKK-nın "maliyyə rəisi" öldürüldü

Baxış sayı:
2077

Türkiyə Daxili İşlər Nazirliyi "Sərdar" kod adlı terrorçu Sərkan Tanın məhv edildiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, nazirlik Şırnakda keçirilən əməliyyat zamanı öldürülən PKK-çılardan birinin uzun müddətdir axtarışda olan Sərkan Tan olduğunu bildirib.
Məlumata görə, o, PKK-nın Van vilayəti üzrə "maliyyə rəisi" kimi fəaliyyət göstərirdi.