Ukraynada azərbaycanlı qanuni oğru tutuldu
8-07-2018 19:16
Baxış sayı:
1864

Ukraynanın Lvov vilayətinin polis əməkdaşları kriminal aləmdə Dato Ağcabədinski kimi tanınan azərbaycanlı "qanuni oğru"nu saxlayıblar.
Muxalifet.az report-a istinadən xəbər verir ki, 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İntizar oğlu artıq Ukrayna ərazisindən çıxarılıb və onun ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub.
Ukrayna Milli Polisinin məlumatına görə, Dato Ağcabədinski Ukrayna ərazisinə qanunsuz daxil olub. Çünki iki ay bundan əvvəl o, Ukraynaya girişinə 3 il qadağa qoyulmaq şərti ilə ölkədən çıxarılıb.