Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhə bölgəsində
8-07-2018 15:01
Baxış sayı:
2048

Bu gün Azərbaycan Xarici işlər Nazirliyinin təşkilatçılığı ilə nazirlik işçiləri və diplomatlar Tərtər rayonuna səfər ediblər.
Oxu.Az-ın xəbərinə görə, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə bildirib ki, tədbir iştirakçıları rayon icra hakimiyyətində olublar:
“Hazırda nümayəndə heyəti Tərtər rayonu ərazisində Kəlbəcər, Ağdam və Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədədirlər. Qəsəbə sakinləri ilə görüş keçirilir”.