TBMM-də qeydiyyat başa çatdı: Kimlər var?
7-07-2018 21:39
Baxış sayı:
4237

Türkiyənin Böyük Millət Məclisində millət vəkillərinin qeydiyyatı tamamlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
Məlumata görə, parlamentdə iyunun 26-dan başladılan qeydiyyat 600 deputatın qeydiyyatdan keçməsindən sonra başa çatıb. Bu gün qeydiyyata düşən millət vəkilləri arasında baş nazirin müavini Fikri İşıq, Daxili İşlər naziri Süleyman Soylu, Ailə və Sosial Siyasət naziri Fatma Bətül Sayan Qaya da olub.
Qeyd edək ki, TBMM-də AKP 294, CHP 144, HDP 67, MHP 49, İYİ Partiya 43, Səadət Partiyası 2, Böyük Birlik Partiyasından 1 nəfər qeydiyyatdan keçib.