​Yaponiyada fəlakət: 4,7 milyon insan təxliyə edilir

Baxış sayı:
4321

Yaponiyada şiddətli yağışlardan sonra meydana gələn sel və torpaq sürüşməsi zamanı 50 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, ölkənin qərbindəki təbii fəlakətlərdən dolayı 50 nəfər itkin düşüb. Ərazidə 4,7 milyon insanın təxliyə edilməsi üçün 48 min mülki müdafiə qoşunları cəlb edilib və itkin düşənlərin axtarışı üçün polis və yanğınsöndürənlər səfərbər olub.
Şiddətli yağışların hələ bir neçə gün davam edəcəyi gözlənilir.