Keçmiş arvadını qətlə yetirən kişi tutuldu
7-07-2018 13:20
Baxış sayı:
3628

İyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.