İrandan İraqa böyük şok! ELEKTRİK ENERJİSİNİ KƏSDİLƏR

Baxış sayı:
3493

İran, elektrik borcların ödəmədiyi üçün İraqa elektrik axınını dayandırdığını bildirib.
 
İraq Enerji Nazirliyinin sözçüsü Musab el-Muderris, verdiyi açıqlamada yığılan borclara görə, İranın dünən etibarilə İraqa min megavatlık elektrik axınını dayandırdığını və Meysan, Zikar və Fars vilayətlərində elektrik fasilələrinin müddətinin daha da uzatdığını bildirib.
Elektrik axınının bərpa olması üçün İran ilə danışıqlar aparıldığını ifadə edən Muderris, elektrik istehsallarının istehlakı təmin etmədiyini qeyd edib. İraq Enerji Nazirliyi tərəfindən verilən rəqəmlərə görə, elektrik ehtiyacı 23 min megavat olan İraq, 15 min 700 megavat elektrik istehsal edir.
Müxalifət.az