​Rusiyadan ABŞ-a cavab zərbəsi: Böhran dərinləşir

Baxış sayı:
6487

Rusiya ABŞ-ın polad və alüminiumla bağlı əlavə rüsumların tətbiq edilməsi qərarına adekvat cavab verib.
Muxalifet.az xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyinin açıqlamasında ABŞ-dan idxal edilən bəzi tikinti və texniki materiallara 25-30 faiz həcmində vergi tətbiq ediləcəyi bildirilib.
İqtisadiyyat naziri Maksik Oreşkin vurğulayıb ki, ABŞ-ın əlavə rüsum tətbiqindən sonra rusiyalı ixracatçılara dəyən zərərin miqdarı 537,6 milyon dollardır:
“Bizim tətbiq etdiyimiz rüsumlar 87,6 milyon dollar həcmində zərəri aradan qaldırmağa yardım edəcək”.