“BMW” 12 minə yaxın avtomobili geri çağırdı
6-07-2018 17:53
Baxış sayı:
6184

"BMW” Almaniyada 12 minə yaxın dizel mühərrikli avtomobilini geri çağırıb.
Muxalifət.az trend-ə istinadən xəbər verir ki, bu qərar həmin avtomobillərdə zərərli maddələrin buraxılışına nəzarət sistemindəki qüsurlarla bağlıdır.
Bir müddət əvvəl, Münhen prokurorluğu dizel mühərrikli avtomobillərin təmizləmə sistemlərində manipulyasiyalarla əlaqədar yoxlamalara başlamışdı. Məlum olub ki, bir sıra avtomobillər havaya normadan artıq azot oksidi buraxıb.
Geri çağırılan avtomobillərin sahiblərinə bununla əlaqədar məlumat verilib.