Məşhur müğənni azadlıqda: “MƏMUR SƏHVİNİN QURBANI OLDUM”
6-07-2018 17:12
Baxış sayı:
6091

Ankarada bir ay əvvəl polis tərəfindən saxlanılan müğənni Haluk Levent azadlığa çıxıb.
Musavat.com xəbər verir ki, müğənni başına gələnləri sosial şəbəkədə bölüşüb: "Bir ay əvvəl Ankarada polis tərəfindən saxlanıldım. Media orqanlarında saxlanıldığımı həbs olunduğum kimi qələmə verdilər. Bu da məni çox narahat etdi. Bu gün Ədalət Nazirliyindən çıxdım. Bir məmurun səhv etdiyi nəticəsində saxlanılmışam. Mövzuyla əlaqəli bütün məlumatlar və sənədlər vəkilim Hüseyin Kuçukda mövcuddur. Bir sözlə, məsuliyyətsizliyin qurban oldum”.
Qeyd edək ki, Levent “Rəsmi sənəddə şaxtaçılıq” maddəsi ilə saxlanılmışdı.