“Putinlə GÖZƏL ŞEYLƏR EDƏCƏYİK” - TRAMP

Baxış sayı:
6085

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinlə 16 iyulda keçirəcəyi görüşlə bağlı, "Mənə güvənin, yalnız gözəl şeylər edəcəyik və bəlkə gözəl bir əlaqə də quraram" - deyib.
 
Montanada çıxış edən Tramp, 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə Putinlə keçirəcəyi görüş haqqında açıqlama verib.
Rus liderlə edəcəyi görüşə dair iradlara rəğmən, Putinlə yaxşı bir görüş keçirməyi gözlədiyini deyən Tramp, bunun nəticəsində yaxşı bir əlaqə qurula biləcəyini bildirib.
 
PUTİN YAXŞI BİR İNSANDIR
 
Tramp, “Rusiya da daxil olmaqla, bütün ölkələrlə yaxşı münasibətlərə malik olmaq gözəl bir şeydir və Putin yaxşı bir insandır" deyə, qeyd edib.
Tramp, özünün diplomatik naşılığı səbəbindən görüşün milli maraqlara zərər verəcəyi fikirlərinə də təpki göstərib.
 
SADƏCƏ GÖZƏL ŞEYLƏR EDƏCƏYİK
 
ABŞ prezidenti, “Putin, yaxşı dərəcədə hazırlanmış bir insandır. Mən də hazır olacağammı?  Bəli, tam hazıram. Bu şey üçün həyatım boyu hazırlıq gördüm. Mənə güvənin, yalnız gözəl şeylər edəcəyik və bəlkə gözəl bir əlaqə də quraram" deyə, söyləyib.
Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfiri Con Huntsman, "Tramp və Putin, Helsinkidə Rusiya-ABŞ münasibətlərini və bir sıra milli təhlükəsizlik məsələsini müzakirə etmək üçün bir araya gələcək. Tramp, bu görüşə ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət verir və Rusiyanın ikitərəfli münasibətlərdə irəliləyiş olmasını istəyib, istəmədiyini müəyyən etmək istəyir" demişdi.
Müxalifət.az