Trampın daha bir yaxın adamı istefa verdi: Korrupsiya iddialarına görə
6-07-2018 12:46
Baxış sayı:
5437

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Skott Pruitt istefa verib.
“Report” bildirir ki, o bu vəzifəyə Donald Tramp prezidentliyi dövründə təyin olunmuşdu.
ABŞ prezidenti onun istefasını qəbul edib.
Məlumata görə, son zamanlar ciddi tənqid olunan S.Pruitt barəsində korrupsiya iddiaları irəli sürülüb.