Tramp Merkeli sərt TƏNQİD ETDİ:"Biz isə axmaq kimi qalan xərcləri ödəməliyik"
6-07-2018 11:37
Baxış sayı:
5224

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutub.
Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, amerikalı lider kansleri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda ittiham edir. Montanada keçirilən mitinq zamanı çıxışında D.Tramp bildirib ki, Almaniya Aİ-nin ən böyük ölkəsi olduğu halda büdcədə müdafiə xərclərinnə az pay ayırıb ki, bu qəbuledilməzdir.
D.Tramp daha sonra əlavə edib: “Sonra onlar gedir neft və qaza görə Rusiyaya milyardlarla dollar ödəyirlər, biz isə (yəni ABŞ) axmaq kimi qalan xərcləri ödəməliyik”.