“Münbiçin içinə girmə ZAMANI ÇATDI” - ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Anadolu Agentliyinə açıqlama verərək Münbiç məsələsində yol xəritəsinin tətbiqi mərhələsində olduğunu və şəhərin içinə girmə vaxtının gəldiyini söyləyib.
Çavuşoğlu, İŞİD, PKK/YPG terrorçularına qarşı ən böyük mübarizəni Türkiyənin apardığını deyib: “ABŞ ilə aramızdakı uzun zamandır ən böyük problem olan YPG məsələsində bir yol xəritəsi müəyyən etmişik və indi bunu tətbiq etmək mərhələsindəyik. Hazırlıq mərhələsində də bir sıra addımlar atıldı. İndi isə birgə patrul və şəhərin içinə girmə vaxtıdır. Bu prosesdə PKK/YPG buradan çəkiləcək və onların silahları alınacaq.
Yol xəritəsi məsələsində Kobanidəki Kürdlərin ehtiyat etməsinə ehtiyac yoxdur. Çünki YPG bunlara zülm edir. Kobanidə də əhalinin demoqrafik strukturuna baxacağıq. Kürdlər çoxluq təşkil etsə, rəhbərlik də onlardan olacaq. Amma YPG/PKK olmayacaq”.
Müxalifət.az