Türkiyədə xüsusi əməliyyat: daha 11 İŞİD-çi SAXLANILDI

Baxış sayı:
5125

Türkiyə polisi ölkənin şimal-qərbində xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 11 üzvünün saxlanıldığı bildirilir.

Məlumata görə, saxlanılanların 9-u Türkiyə vətəndaşı, 2-si isə əcnəbidir.

Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı oradan odlu silah, hətta partlayıcı qurğular müsadirə olunduğu deyilir.

Qeyd edək ki, İŞİD terror təşkilatına qarşı bundan əvvəlki xüsusi əməliyyat İstanbulda keçirilib və əməliyyat zamanı 39 terrorçu saxlanılıb.