Tramp və Kim Çen arasında növbəti görüş bu ölkədə keçiriləcək – MƏNBƏ

Baxış sayı:
5017

Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

Muxalifət.az xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən “Kiodo” agentliyi bildirib.

Görüş Koreya yarımadasının denuklearizasiyasının (nüvəsizləşdirilmə -red.) ətraflı müzakirəsinə həsr edilməlidir. Agentlik bildirir ki, ən yaxın altı ay ərzində ABŞ, həmçinin Çin və Cənubi Koreya ilə Şimali Koreyanın aktiv danışıqları gözlənilir.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.